Kateqoriyasız

“Çox qələbələrimiz, hekayələrimiz olub” – Yurgen Klopp

Yurgen Klopp “Liverpul”un urğusuz gedişatından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparmağa davam edəcəyini bildirib:

“Son illərdə bir çox qələbələrimiz, uzun seriyalarımız, hekayələrimiz olub. Təbii ki, bunlar hazırda bizə kömək etmir. Ancaq şans var, komandanın gücü buna yetər. Etdiyimiz işdən həzz almalıyıq və mən “Liverpul”un bu hədəfə çata biləcəyini düşünürəm. Əgər geridən gəlib 4-cü pilləyə yüksələcək komanda varsa, o da elə “Liverpul”dur. Ancaq biz bu yolda tək olmamalıyıq. Son illərdə nə əldə etmişiksə, azarkeşlərimizlə birlikdə bacarmışıq”.

“Qırmızılar” Premyer Liqada 4-cü sırada qərarlaşan “Tottenhem” klubundan 9 xal geridə qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43