Kateqoriyasız

CÜDO: İdmançımız gümüş medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan idmanşısı Ramilə Əliyeva gümüş medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, mötəbər yarışda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçu polşalı Paulina Zlaşta və portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib.

Əliyeva bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya cüdoçusu Andreya Stoyadinova məğlub olub və ikinci yeri tutub.

Noyabrın 7-dək davam etmiş qitə çempionatında 38 ölkədən 297 cüdoçu (171 kişi, 126 qadın) mübarizə aparıb. Azərbaycan komandası nüfuzlu yarışda 8 idmançı və 1 hakim ilə təmsil olunub.

Beynəlxalq dərəcəli hakim Nazim Umbayev Avropa Cüdo Birliyinin təyinatı ilə bu mötəbər yarışın hakimlər briqadasına daxil olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43