Kateqoriyasız

Cüdoçularımızdan növbəti uğursuzluq

Bu gün daha iki cüdoçumuz Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

81 kq çəki dərəcəsində çıxış edən Zelim Tkçayev 1/64 finalda Terense Kouamba (Qabon), ardınca isə Fetra Ratsimizivanı (Madaqasqar) mübarizədən kənarlaşdırsa da, Şarofiddin Boltaboyevə (Özbəkistan) uduzub.

Eyni çəkidəki Murad Fətiyev 1/32 finalda Elliot Konnoliyə (Yeni Zelandiya) qalib gəlsə də, növbəti raundda İvaylo İvanovla (Bolqarıstan) bacarmayıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 10-cu yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İbrahimoviç “Milan”a qayıtdı

admin

Stamenkoviç turun ən yaxşısı oldu

admin

“O vaxtı “Neftçi” klubu tərəfindən “döyüldük” – APOEL-in veteranı

admin