İdman

Cüdoçumuz “Böyük Dəbilqə” turnirində gümüş medal qazandı

Azərbaycan cüdoçusu Turan Bayramov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda rusiyalı Ayub Bliyevlə qarşılaşıb. Rəqibinə uduzan T.Bayramov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, 23 ölkədən 242 cüdoçunun iştirak etdiyi “Böyük Dəbilqə”yə martın 2-də yekun vurulacaq. Azərbaycan turnirdə 3 idmançı ilə təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43