"Əminəm ki, "Qəbələ" ciddi komandadır. Çünki bu klub Gürcüstan "Dinamo"sunu mübarizədən kənarlaşdırıb".
İdmanxeber.com-un məlumatına görə, bunu Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qəbələ"yə rəqib olan Serbiyanın "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç deyib.
O bildirib ki, Azərbaycan klubunun böyük büdcəsi və çoxlu əcnəbisi var: "Amma biz geri çəkilməyərək sonadək mübarizə aparacağıq. "Qəbələ" ilə oyuna hazırlıq üçün hələ vaxtımız var".
Qeyd edək ki, ilk görüş iyulun 16-da Belqradda, cavab matçı isə iyulun 23-də Qəbələdə olacaq.(Report)