“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Çumbinyonun son durumu haqda məlumat verib.
İdmanxeber.com-un məlumatına görə, Qurbanov “Futbol+” qəzetinə müsahibəsində braziliyalı yarımmüdafiəçinin iki aydan sonra tam olaraq komanda ilə oynamaq ehtimalı olduğunu bildirib:
“Çumbinyo avrokubokların təsnifat mərhələlərində çıxış etməyəcək. Ola bilsin, müəyyən müddətdən sonra yavaş-yavaş kollektiv məşqlərə qoşulsun. Ancaq meydana çıxmasına azı iki ay vaxt lazımdır”.
Qeyd edək ki, Çumbinyo ötən yay avrokubok oyununda zədələnib. Bugünlərdə “Qarabağ” onunla müqaviləni daha iki il müddətinə uzadıb.