Türkiyəli hakim Çempionlar Liqasının oyununa təyinat alıb
İdmanxeber.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti turunda “Tottenhem”lə “İnter” qarşı-qarşıya gələcək. Ouyunu FİFA referisi Cüneyt Çakır idarə edəcək.
Onun köməkçiləri Bahattin Duran, Tarık Onqun, Hüseyin Göçək və Barış Şimşək olacaq. 4-cü hakim funksiyasını isə Mustafa Əmrə Eyisoy yerinə yetirəcək.
Qeyd edək ki, “Tottenhem” – “İnter” oyunu noyabrın 28-i keçiriləcək.