Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev karyerasını Türkiyədə davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”dən ayrılan Ağayev qardaş ölkənin “Kayserispor” klubu ilə razılığa gəlib.
Hazırda PTT birinci liqasında ilk pillədə qərarlaşan Kayseri təmsilçisi futbolçumuzla 6 aylıq müqavilə imzalayacaq.
Qeyd edək ki, bir zamanlar Rəşad Sadıqov da “Kayserispor”da forma geyinib.