Azərbaycan Premyer Liqasının II turu çərçivəsində “Zirə”ni qonaq edəcək “Kəpəz”in ilk ev oyununu Gəncədə keçirib-keçirməyəcəyi dəqiqləşib.
Klubun Müşahidə Şurasının üzvü, AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departmaentinin rəhbəri Mikayıl Nərimanoğlu İdmanxeber.com-a bildirib ki, stadionun vəziyyəti yaxşıdı, ancaq PFL rəsmiləri hazırda arenanın son durumu ilə baölı yaıxndna tanış olurlar. Bundan sonra PFL qarşılaşmanın bu arenada keçirilib-keçirilməyəcəyi ilə bağlı rəsmi məlumat yayacaq.
Ancaq əldə etdiyimiz məlumata görə, “Kəpəz” “Zirə”ni elə Gəncədə qəbul edəcək. Stadionun vəziyyəti qənaətbəxş olduğundan qarşılaşma avqustun 16-da Gəncədə baş tutacaq.
Stadiona giriş pulsuz olacaq.