Kateqoriyasız

DƏQİQLƏŞDİ: “Marsel” – “Qarabağ” matçı harada keçiriləcək?

Konfrans Liqasının pley-off mərhələsinin “Marsel” – “Qarabağ” matç Fransada keçiriləcək.

İdmanxeber.az “Foot-national” nəşrinə istinadən xəbər verir ki, Fransa hökuməti “Marsel”in müraciətini müsbət cavablandıraraq, görüşün ölkədə keçirilməsinə icazə verib.

Xatırladaq ki, “Qarabağ”ın futbolçularına vurulmuş “Sinovac” vaksini Fransada qəbul olunmur. Buna görə də oyunun neytral ölkədə keçirilməsi variantı gündəmdə idi.

Qeyd edək ki, “Qarabağ”ın “Marsel”lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43