Topaz Premyer liqasınən XIII turuna start verib.
Hazırda davam edən “Sabah” – “Neftçi” görüşünün son dəqiqələrində gərginlik yaranıb. Belə ki, matçın 83-cü dəqiqəsində görüşün baş hakimi Rəhim Həsənov “Neftçi”nin hücumçusu Baqali Dabonun rəqib cərimə meydançasında yıxılmasını simuliyasiya kimi qiymətləndirərək oyunçuya ikinci sarı vərəqədən qırmızı göstərib.
Oyunçu isə bu qərara etiraz edərək hakimi alqışalayaraq kənara çıxsa da, soyunub-geyinmə otağına yollanmayıb. O, sona kimi meydanın kənarından oyunu izləyib