Kateqoriyasız

Dabonun vida mesajı

“Neftçi”dən ayrılan Baqali Dabo sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb.

Fransalı hücumçu Azərbaycanda keçirdiyi 4 ili unutmayacağını deyib:

“Təşəkkürlər, Azərbaycan! Burada keçirdiyim 4 il ərzində yaşadığım hər anı unutmayacağam. Hər şeyin yaxşısını arzulayıram və bilirəm ki, Azərbaycan gələcəkdə daha da məşhurlaşacaq”.

31 yaşlı hücumçu 2018-ci ildə “Qəbələ”dən “Neftçi”yə keçmişdi. Dabo Azərbaycan Premyer Liqasında ümumilikdə keçirdiyi 83 oyunda 41 qol vurub, 9 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Dinamo” – “Fənərbağça” matçının keçiriləcəyi yer bilindi

admin

Qara Qarayev: “Avropa Liqasındakı şanslarımız öz əlimizdə deyil”

admin

Renat Dadaşovun qolu komandasına qələbə qazandırdı – Video

admin