Millizin sabiq futbolçusu Rüfət Dadaşov Almaniya çempionatında növbəti qolunu vurub.
İdmanxeber.az-ın məlumatına görə, hücumçu Berlin “Dinamo”sunun heyətində Şimal-Şərq Regional Liqasının II turunun “Altqlinikke” ilə matçında fərqlənib. O, matçın 37-ci dəqiqəsində adını tabloya yazdırıb.
Rüftə qolu komandasın bəs etməyib. “Dinamo” görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb.
Qeyd edək ki, Rüfət Dadaşov çempionatın I turunda “Çvikkau” üzərində qazanılan 3:0 hesablı qələbəyə 1 qolla töhfə verib.