Kateqoriyasız

Dadaşov bu dəfə də fərqləndi, komandası qələbə qazandı

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında 4-cü turunda “Senkt Qallen”lə qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçumuzun komandası bu oyundan əzmkar qələbə ilə ayrılıb – 3:2.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Millimizin hücumçusu komandasının 45+2-ci dəqiqədə vurduğu ikinci qol zamanı məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Qrasshopper” hazırda 7 xalla 10 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43