Millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda 21-ci turda doğma meydanda “Benfika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Renat da bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb.
“Tondela” 21 turdan sonra 20 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.