Azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” Portuqaliya çempionatında 31-ci turun oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda doğma meydanda “Vitoriya Gimaraynş” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Renat da bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
Hazırda 26 xalı olan “Tondela” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.