Dünya futbolu

Dadaşov qol vurdu, komandası doğma meydanda uduzdu

Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası Almaniyanın Qərb Regional Liqasında X turdan təxirə salınmış oyuna çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, evdə “Proyssen Munster”lə qarşılaşıb. Görüş qonaqların qələbəsiylə başa çatıb – 1:3.

Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. “Şalke”nin yeganə qolunu Rüfət Dadaşov vurub.

“Şalke”nin ikinci komandası 17 turdan sonra 26 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43