12 Fevral 2025
Dünya futbolu

Dadaşovu heyətdən uzaqlaşdıran məşqçi göndərildi

Millimizin hücumçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” klubu baş məşqçisi Kemal Özdeşlə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis iki ay öncə bu vəzifəyə təyin edilmişdi. Özdeş bir müddət öncə Dadaşovu heyətdən uzaqlaşdırmışdı.

Son günlər klubun Renatla yolları ayıracağı haqda xəbərlər də yayılıb.

 “Ankaragücü” 1-ci liqada 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43