Kateqoriyasız

Dadaşovun burnu sınıb, maska ilə oynayır

“Şalke” U-23 komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü bu səbəbdən artıq 2-ci oyundur meydana qoruyucu maska ilə çıxır. Son turda  “Köln”lə görüşdə fərqlənən Dadaşov maska ilə oynamağın çətin olduğunu bildirib:

“Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm”.

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm “Şalke”nin heyətində 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43