28 Sentyabr 2024
Ölkə futbolu

Dadaşovun komandasında almaniyalı məşqçi

Millimizin sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”da(Berlin) yeni baş məşqçi təyinatı baş tutub.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Dennis Kutribə tapşırılıb. Almaniyalı mütəxəssislə rəsmi müqavilə bağlanıb.

Andreas Herafın gedişindən sonra müvəqqəti baş məşqçi funksiyasını Nils Vayler yerinə yetirirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43