Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.
Idmanxeber.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Elvin Azərbaycanda “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.