Kateqoriyasız

Daha bir azərbaycanlı futbolçu Polşa klubunda

Azərbaycanlı futbolçu Elvin Dəmirov karyerasını Polşada davam etdirəcək.

Idmanxeber.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi “JKS Yaroslav” klubuna keçib. Bu barədə Polşa mətbuatı məlumat yayıb. Dəmirovun 4-cü liqa təmsilçisi ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

Elvin Azərbaycanda “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43