Kateqoriyasız

Daha bir azərbaycanlı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər – ÖZƏL

"Sumqayıt"ın gənc futbolçusu Kamil Hüseynov karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, "gənclik şəhəri"nin futbolçusu Türkiyənin "Torku Konyaspor" klubunun düşərgəsinə yollanacaq. Burada baxışdan keçəcək futbolçu bəyəniləcəyi halda qardaş ölkədə karyerasını davam etdirə biləcək.

Hüseynov iyunun 19-da Türkiyə klubunun düşərgəsinə yollanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43