Kateqoriyasız

Daha bir boksçumuz Tokio-2020-yə lisenziya qazandı

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına beşinci lisenziyanı qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Məhəmməd Abdullayev bu uğura imza atıb.

Boksçumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. +91 kq çəki dərəcəsində mübarizə aparan boksçu ukraynalı Tsotne Roqavanı məğlub edib.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43