Braziliya millisinin və “Milan”ın sabiq futbolçusu Kaka futbolçu karyerasını bitirib.
İdmanxeber.com-un məlumatına görə, ulduz futbolçu bu barədə şəxsi “tvitter” səhifəsində məlumat verib.
Kaka 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionluğunu qazanıb. O, 2007-ci ildə, “Milan”da çıxış etdiyi zaman “qızıl top” mükafatına sahib çıxıb.
35 yaşında butslarını mıxdan asan Kaka, karyerası ərzində “San Paolo”, “Real”, “Milan” kimi komandalarda top qovub. Onun son iş yeri ABŞ-ın “Orlando Siti” klubu olub.