Xəbər verdiyimiz kimi "Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kosta Braziliya millisindən imtina edib, İspaniya yığmasını seçmişdi.
İndi də "Porto" klubunun üzvü Fernando, Braziliyadan imtina edib. 26 yaşlı yarımmüdafiəçinin dekabrda Portuqaliya vətəndaşlığı alacağı gözlənilir .
O, vətəndaşlığı aldıqdan sonra Portuqaliya yığmasının təklifini qəbul edəcəyini bildirib.