“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.
İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, paytaxt təmsilçisi Emin Mehdiyevlə razılığa gələ bilməyib.
23 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi hələ məlum deyil.
Qeyd edək ki, “Neftçi” Mehdiyevdən öncə Stamenkoviç, Rauf Əliyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadəni komandadan kənarlaşdırmışdı.