Dünya futbolu

Daha bir futbolçu “Qalatasaray”dan ayrıldı

“Qalatasaray” Kolin Kazımın ardından daha bir futbolçunu komandadan göndərib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, bu Albert Riyeradı. O, bundan sonra Qətərin “Əl-Rayyan” klubunda çıxış edəcək. 

“Qalatasaray”la 2014-cü ilə qədər anlaşması olan Riyeranın klubdan növbəti mövsümdə alacağı məbləğ qarşılığında müqaviləsi ləğv olunub. Bununla da azad agent olan futbolçu yaxın günlərdə Qətər təmsilçisi ilə 2+1 illik rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Riyera 2011-ci iydə Yunanıstanın “Olimpiakos” klubundan “Qalatasaray”a transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43