24 Dekabr 2024
Ölkə futbolu

Daha bir futbolçu “Şamaxı”dan göndərildi

“Şamaxı” futbolçusu Ramin Əhmədovla yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə uzadılmayıb.

Qeyd edək ki, “Şamaxı” bir müddət əvvəl İlkin Muradov, Giorgi Kantariya və Adil Nağıyevlə də yollarını ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43