Türkiyənin PTT-ci liqasında mübarizə aparan "Fethiyespor" bir müddətdi komandanın düşərgəsində olan azərbaycanlı qolkiper Davud Kərimi ilə münasibətlərini rəsmiləşdirib. Qonşu ölkə təmsilçisi 29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalayıb.
"Fethiyespor" bazar günü yeni mövsümə start verəcək. Komanda səfərdə "1461 Trabzonspor"la üz-üzə gələcək. Kəriminin də bu görüşdə meydana çıxacağı gözlənilir.
Davudun Azərbaycan Premyer Liqasında son klubu “Rəvan” olub.