20 Yanvar 2025
Kateqoriyasız

Daha bir idmançımız Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına daha bir lisenziya qazanıblar.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatının nizətullama yarışlarında mübarizə aparan idmançımız İradə Əliyeva 44,18 metrlik nəticə ilə dünya rekordu müəyyənləşdirərək yarışların qalibi olub. 
Beləliklə, atletimiz “Rio-2016” Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin qazandığı 10-cu lisenziyadır.

İradə Əliyevadan əvvəl uzunluğa tullanma yarışlarında Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43