03 Oktyabr 2024
İdman

Daha bir idmançımız paralimpiya çempionu oldu

Azərbaycan paraatleti Səid Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, T12 kateqoriyasında yer alan idmançı uzunluğa tullanma növündə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Parataekvondoçu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43