Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Hilal” ulduz hücumçunu heyətinə qatmaq istəyir. Klub rəhbərliyinin yaxın vaxtda futbolçu ilə danışıqlara başlayacağı deyilir.
Səudiyyə Ərəbistanının digər klubu “Əl-Nəsr” daha öncə Ronaldoya müştəri düşüb. Asiyalılar ona ili 200 milyon avro olan 2,5 illik müqavilə təklif edir.