Kateqoriyasız

Daha bir legioner “Qarabağ”dan ayrıldı – rəsmi

“Qarabağ” islandiyalı qapıçı ilə yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilir.

Mövsümün əvvəlində Ağdam təmsilçisinə transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.

Qeydə edək ki, H. Halldorssondan başqa “Qarabağ” bu mövsüm Ansi Aqolli ilə də yollarını ayırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43