Ölkə futbolu

Daha bir legioner “Xəzər Lənkəran”ın düşərgəsinə gəlmir – ÖZƏL

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsinə Embilla Etamenin qatılmadığını bildirmişdik.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, sən demə məşqə qatılmayan təkcə Embilla deyilmiş Cənub klubunun malili futbolçusu Sadio Tounkara da hələ ki, vətənindən geri dönməyib. 

Artıq bir həftədən çoxdur ki, hazırlıqlarını davam etdirən komandanın düşərgəsinə bu legionerlərin nə vaxt qoşulacağı qeyri-müəyyən olaraq qalır.

Sonda onu da qeyd edək ki, bu legionerlərin hansı səbəbdən məşqlərə qatılmaması kluba məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43