Daha bir futbolçusu “Neftçi”ni tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, söhbət paytaxt klubunun macarıstanlı futbolçusu Mark Tamaşdan gedir. Təcrübəli müdafiəçi İtaliyanın “Reccina” klubundan təklif alıb.
B seriya təmsilçisi Tamaşı transfer siyahısına salıb və onu bu yay komandaya cəlb etməyə çalışır.
Qeyd edək ki, təcrübəli müdafiəçinin “Neftçi” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.