“Arsenal”ın və Çexiya millisinin sabiq üzvü Tomaş Rositski futbolçu karyerasını bitirib.
İdmanxeber.com-un xəbərinə görə, 37 yaşlı yarımmüdafiəçi bu barədə özü İngiltərənin “San” nəşrinə açıqlama verib.
“Diqqətlə düşünərək dərk etdim ki, artıq fiziki durumum peşəkar futbolun tələblərinə cavab verə bilmir” – deyə o bildirib.
Qeyd edək ki, Rositski futbolçu karyerasına “Sparta”da (Praqa) başlayıb. “Arsenal” və “Borussiya”da (Dortmund) da çıxış edən futbolçu 2000-2016-cı illər aralığında Çexiya millisinin şərəfini qoruyub. O, karyerasını doğma klubu “Sparta”da başa vurub.