İsveçrə millisinin futbolçusu Cerdan Şakiri yığma karyerası ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu milli ilə vidalaşıb. Bu barədə açıqlama verən Şakiri yığmadakı karyerasını sonlandırdığını bildirib.
ABŞ-nin “Çikaqo” klubunda top qovan 32 yaşlı oyunçu İsveçrə seçməsinin heyətində 125 matça çıxıb və 32 qol vurub.