“Nəticə daha çox heç-heçəyə oxşayırdı. Biz künc zərbəsindən qol vurduq. Bu, ruh yüksəkliyi üçün çox vacib qələbə idi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski “Araz Naxçıvan” qələbəsi sonrası deyib. O, daha sonra belə davam edib:
“Hələ ki, biz işə yanaşmanı dəyişmişik. Məşqlərdə intensivliyi artırmışıq. Daha böyük işlərimiz qarşıdadır. Fasilədə Azərbaycanda qalacağıq. Yanvarın 4-də toplaşacağıq. Niderlandda işləmişəm, orada da hazırlıq dönəmi qısa vaxt olurdu. İki həftə hazırlaşacağıq.