İdman

Daha iki boksçumuz dünya çempionatının 1/4 finalında

Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında 1/4 finalçıların adları məlum olub.

İdmanxeber.com-un Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandamızın 3 üzvü 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb.

Yelena Vıstropovadan sonra daha iki boksçumuz –  Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq)  növbəti mərhələyə yüksəliblər.

Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub edib – 2:0. Boksçumuz 1/4 finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək.

Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb – 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya təmsilçisi Şelli Vatts olacaq.

Xatırladaq ki, dünən Yelena Vıstropova da (69 kq) ¼ finala vəsiqə qazanmışdı. 1/4 final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43