“Fənərbaxça”da 2 futbolçu heyətdən kənarlaşdırılıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Fənərbaxça”da baş məşqçi Vitor Pereyranın istəyi ilə Caner Erkin və Sinan Gümüş komandadan uzaqlaşdırılıb. Bundan əvvəl Mame Tiam, Sadık Çiftpınar, Oğuz Kağan Güçtekin və Kemal Ademi komandadan uzaqlaşdırılmışdı