Milli komanda

“Daha yaxşı oynayacağıq” – Emin Mahmudov

Azərbaycan millisinin üvzü Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Portuqaliyaya 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

29 yaşlı yarımmüdafiəçi bununla bağlı özünün feysbuk hesabında yazıb: “Çox ağır oyun oldu. Amma inanıram ki, daha yaxşı oynayacağıq”.

Milli martın 27-i Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşünə çıxacaq. Yığmamız martın 30-da isə Bakı Olimpiya Stadionunda Serbiya ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43