Dünya futbolu

Daniel Gomez 21 kiloqram narkotiklə yaxalandı

Meksikanın “Tixuana” klubunun gənc futbolçusu Daniel Gomez həbs edilib.

İdmanxeber.com-un məlumatına görə, futbolçu  ABŞ-a qaçaqmalçılıq yolu ilə narkotik maddə keçirərkən yaxalanıb. Belə ki, o, aprelin 5-də San Dieqo yolunda tutularaq nəzarət altına alınıb. 21 yaşlı futbolçunun maşınından 21 kiloqram narkotik maddə hesab olunan  metamfetamin tapılıb.

ABŞ vətəndaşı olan futbolçunun məhkəməsi aprelin 18-də keçiriləcək.

Qeyd edək ki, “Tixuana”nın 21 yaşlılardan ibarət komandasında çıxış edən müdafiəçi 5 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43