Premyer Liqa

Daniel Subotiç XXI turun ən yaxşı oyuçusu seçildi

Topaz Premyer Liqasında 21-ci turun rəmzi komandası məlumdur. Instat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı – Aqil Məmmədov (Bakı)

Müdafiəçilər – Vanderson Skarduelli (Xəzər Lənkəran), Elvin Yunuszadə (Neftçi), Vıadimir Levin (Qəbələ), Ruslan Əmircanov (İnter)

Yarımmüdafiəçilər – Cavid Hüseynov (Bakı), Abdulla Abatsiyev (İnter), Elnur Abdullayev (Xəzər Lənkəran), Sadio Tounkara (Xəzər Lənkəran)

Hücumçular – Daniel Subotiç (Qəbələ), Etame Mbilla (Xəzər Lənkəran)

Topa sahib olmada və ötürmələrdə “Qarabağ” digərlərindən üstün olub. Hücum sayında “Neftçi”, qapılara zərbələrdə isə “Qəbələ” fərqlənib.

Turun ən yaxşı oyunçusu “Qəbələ”nin hücumçusu Daniel Subotiçdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43