19 Fevral 2025
Kateqoriyasız

Danilo Dias: “Bu bəhanə deyil”

“Qarabağ”ın futbolçusu Danilo Dias Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya “Tvente”sinə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, Ağdma klubunun üzvü ot örtüyünün pis vəziyyətdə olmasına da toxunub:

“Bu sərgiləmək istədiyimiz oyun deyildi. Qol vəziyyətlərindən yararlana bilmədik. “Qarabağ” bu komandanı keçə bilər. Amma bunun üçün səfərdə qələbə qazanmaq lazımdı. Stadionun vəziyyət yaxşı deyildi. Amma, bu bəhanə deyil. Çünki, hər iki komanda eyni stadionda oynayırdı. Artıq bu matçı unudub, premyer liqadakı qarşılaşmaya köklənməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43