“Mən bir aydı komandadayam. Ona görə də yavaş-yavaş komandaya öyrəşməyə çalışıram. Baş məşqçinin dediklərinə diqqətlə qulaq asıram ki, özümü bu klubda doğruldum. Qurban müəllim mənim adaptasiya keçməyimdə böyük iş görür”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Qarabağ”ın yeni transferi Danilo Dias deyib.
Ağdam klubunun futbolçusu tez bir zamanda “Qarabağ”a xeyir verə biləcəyini də bildirib:
“Mən bura gələndə komandanın baş məşqçisi ilə danışığım oldu. Onun məndən nə istədiyini bilirəm. Buna görə də onun tələblərini yerinə yetirməyə çalışıram. İnanıram ki, yaxın zamanlarda bu kluba xeyir verə biləcəm”.