“Mançester Yunayted”in forvardı Rasmus Hoylun Premyer Liqada fevral ayının ən yaxşı oyunçusu seçilib.
İdmanxeber.az-ın məlumatına görə, danimarkalı hücumçu ötən ay oynadığı 4 oyunda 5 qol vurmağı bacarıb.
Hoylun keçən ilin yayında “Atalanta”dan “qırmızı şeytanlar”a transfer olub. O, bu mövsüm Premyer Liqada 20 oyuna çıxıb və 7 qol vurub.
21 yaşlı hücumçu Çempionlar Liqasında isə 6 oyunda 5 dəfə fərqlənməyi bacarıb.