Dünya futbolu

Danimarkalı hakim elə səhv etdi ki… (VİDEO)

Danimarka superliqasında “Nordşelland” və  “Midtyulland” arasındakı oyunda kobud hakim səhvi qeydə alınıb.

“Nordşelland”ın qapısına futbol tarixinin ən gülməli qollarından biri vurulub.

Topun qapı yaxınlığındakı xətti tərk etsə də, hakim bunu qeydə almayıb və oyunu dayandırmayıb. Bu fürsətdən istifadə edən “Midtyulland”lı Andre Romer topu rəqib qapısından keçirib.

“Midtyulland” 3:2 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43