Ölkə futbolu

“Danışıqlar başa çatdı” – “Qarabağ” rəsmisi

“Qarabağ”ın direktoru Emrah Çelikel “Çempionat” nəşrinə açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi “Bayer”in qapıçısı Andrey Lunyovun “Qarabağ”a transferinin baş tutmadığını bildirib:

“Danışıqlar başa çatdı. Andrey Lunyovun transferi ilə bağlı “Bayer”lə razılaşa bilmədik”.

Daha öncə futbolçu ilə Türkiyə və İngiltərə klublarının maraqlandığı bildirilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43