Kateqoriyasız

“Danışmağı tapşırmışdıq, dalaşmırdılar” – Mahmud Qurbanov

“Komandam çempiona qarşi heçdə pis təsir bağışlamadı. Qarşımızda “Qarabağ” kimi komanda var idi. Yaxşısına ümid edirdik. Qarşıdakı oyunlarə baxacağıq. Komandanın göstərdiyi oyuna, aqressivliyə görə razı qaldım”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Mahmud Qurbanov “Qarabağ”a məglub etdikləri oyundan sonra deyib.

Qurbanov ilk hissədə futbolçuları arasındakı mübahisələrə aydınlıq gətirdi:

“Futbolçulardan tələb edirdik ki, meydançada danışın. Bu dalaşmaq deyildi. Futbçularımız yenidi və bir-biri ilə anlaşmada çətinliklər çəkirdilər”.

O, Ağabala Ramazanivun zədəli olmasına da toxunub:

“Ağabala Ramazanov Gürcüstanda zədələnib. Biz sol cinaha futbolçu axtarışındayıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43